Klubu himayəsinə götürmək istəyənlərlə bağlı prezidentdən AÇIQLAMA

12 Yanvar 14:00 II Divizion 1 529
Klubu himayəsinə götürmək istəyənlərlə bağlı prezidentdən AÇIQLAMA

Daha öncə xəbər verdiyimiz kimi, «Quba»nın yeni himayədarın çətiri altına keçməsi gözlənilir.

Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərdən biri II Liqada mübarizə aparan klubu öz qanadı altına almağa hazırlaşır.

Bir müddətdir ki, tərəflər arasında danışıqlar gedir.

Biznes sferasında kifayət qədər böyük işlər görən qurumun məqsədi futbol sektorunda da adından söz etdirməkdir. Görüşmələrin nəticəsi yaxın günlərdə məlum olacaq.

«Quba» 14 turdan sonra turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 32 xala malik şimal təmsilçisi ilk iki sıradakı «Qaradağ Lökbatan»la «Xankəndi»dən 7 xal geridədir.

Bu liqada üçüncü mövsümünü keçirən klub bir neçə aydır ki, maliyyə böhranı yaşayır. Odur ki, adını daşıdıqları doğma rayondan uzaq düşüblər.

Düşərgədə cəmi 13-14 futbolçu qalıb. Digərləri 2 ay qabaq buranı tərk edib. «Quba»nın prezidenti Ayaz Abdullayev mövcud vəziyyət barədə deyib:

«Komandamıza maraq göstərənlər var. Üç-dörd nəfərdən müsbət mesajlar almışıq. Hələ heç nə demək olmaz. Yenə də gözləyək. Real bir şey olan kimi bu barədə mətbuata məlumat verəcəyik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 18:10 Çək və bizə göndər!
12 Yanvar 07:20 Metroda yeni GEDİŞ HAQQI
12 Yanvar 03:00 Çempionlar - FOTOLAR