Çempionluğa oynayan komanda Premyer Liqadan gedən adama tapşırıldı

8 Yanvar 20:00 II Divizion 618
Çempionluğa oynayan komanda Premyer Liqadan gedən adama tapşırıldı

Baş məşqçi postundan İbrahim Uzuncanı kənarlaşdıran “Xankəndi”də yeni çalışdırıcının kimliyinə aydınlıq gəlib.

II lLiqa təmsilçisinin nəticələrinə bundan sonra Zaur Hacıyev cavabdehlik daşıyacaq.

Hacıyev kimdir?

Bir müddət öncə “Karvan-Yevlax”da Azər Həşimovun köməkçisi kimi işindən ayrılan mütəxəssis.

“Qəbələ”nin aşağı yaş qruplarından ibarət komandalardakı fəaliyyəti ilə tanınan mütəxəssis “Xankəndi” ilə mövsümün sonuna qədər razılıq əldə edib.

Yeni baş məşqçinin buradakı taleyinə mövsümün sonunda əldə olunacaq nəticələr aydınlıq gətirəcək. “

Xankəndi” liqanı çempion qismində başa vurub I Liqaya vəsiqəni təmin etsə, Zaur bəylə sözləşmənin müddəti uzadılacaq. Əks halda... Məlumdur.

Bildirək ki, 14 turdan sonra aktivində 39 xal olan Qarabağ təmsilçisi eyni xala sahib “Qaradağ Lökbatan”la 1-2-ci pillələri bölüşür.

Uzuncanın baş məşqçi postundan ayrılması nəticələrə görə olmayıb. Sadəcə, bəzi futbolçular klub rəhbərliyinə türkiyəli məşqçinin məşq prosesləri ilə bağlı narazılığını bildirib, onunla işləməkdə həvəsli olmadıqlarını deyiblər.

Bundan sonra o, klubdakı fəaliyyətini uşaq futbolu üzrə əlaqələndirici qismində davam etdirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti