II Liqada çıxış edən “Xankəndi”də yeni kadr təyinatı həyata keçirilib.
Sportinfo.az aşağı liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılıqlı razılaşma əsasında baş məşqçi vəzifəsindən ayrılan İbrahim Uzunca “Xankəndi Futbol Akademiyası”nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.
Türkiyəli mütəxəssis klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
“Xankəndi”nin yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

