İri şirkət çətin günlər yaşayan klubu himayəsi altına alacaqmı?

5 Yanvar 09:40 II Divizion 1 047
İri şirkət çətin günlər yaşayan klubu himayəsi altına alacaqmı?

«Quba»nın yeni himayədarın çətiri altına keçməsi gözlənilir.

Aldığımız məlumata görə, ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərdən biri II Liqada mübarizə aparan klubu öz qanadı altına almağa hazırlaşır.

Bir müddətdir ki, tərəflər arasında danışıqlar gedir.

Biznes sferasında kifayət qədər böyük işlər görən qurumun məqsədi futbol sektorunda da adından söz etdirməkdir. Görüşmələrin nəticəsi yaxın günlərdə məlum olacaq.

«Quba» 14 turdan sonra turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 32 xala malik şimal təmsilçisi ilk iki sıradakı «Qaradağ Lökbatan»la «Xankəndi»dən 7 xal geridədir.

Bu liqada üçüncü mövsümünü keçirən klub bir neçə aydır ki, maliyyə böhranı yaşayır. Odur ki, adını daşıdıqları doğma rayondan uzaq düşüblər.

Düşərgədə cəmi 13-14 futbolçu qalıb. Digərləri 2 ay qabaq buranı tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Yanvar 18:10 Çək və bizə göndər!