II Liqada çempionluq uğrunda mübarizədən qopan «Şəmkir»in maliyyə dayaqları daha da zəifləyib.
Qış fasiləsinə beşinci pillədə yollanan «ağ-qırmızılar»ın büdcəsi iki dəfə azalıb.
Dekabrda Rasim Əliyevi baş məşqçi postuna gətirmiş rəqb təmsilçisi mövsümün qalan hissəsində medallara iddia etməyəcək.
Sponsorlarını bir-bir itirən «Şəmkir» aylıq cəmi 8000 manat büdcə ilə sezonu yekunlaşdırmağa çalışacaq. Bunun da 5800 manatı AFFA tərəfindən ayrılan vəsaitin payına düşür.
O üzdən, bütün yüksəködənişli futbolçulara özlərinə başqa klub tapmaları tövsiyə olunub. Kim istəyərsə, daha aşağı maaş qarşılığında Şəmkirdə qala bilər.
II Liqada turnir cədvəlinə «Qaradağ Lökbatan» başçılıq edir. Onunla eyni xala (39) malik «Xankəndi» ikinci pillədə yer alır.
«Quba» 32 xalla üçüncü sırada gəlirsə, «Şəki» dördüncüdür.
SPORTİNFO.AZ

