Azərbaycanda baş məşqçi heç kimin etmədiyini etdi  Yeni transferlər üçün kluba pul ayırdı

09:50 II Divizion 327
Azərbaycanda baş məşqçi heç kimin etmədiyini etdi  Yeni transferlər üçün kluba pul ayırdı

Azərbaycan futbolunda nadir hadisələrdən biri baş verib.

«Araz-Saatlı»nın çalışdırıcısı Şəhriyar Məmmədov qış transferləri üçün öz cibindən kluba büdcə ayırıb.

Bir ay öncə sükan arxasına dönmüş mütəxəssis komandanı gücləndirmək üçün şəxsi vəsaitini xərcləyəcək.

Düşərgəyə cəlb olunacaq yeni futbolçuların bir neçəsinin maaşını şəxsən özü ödəyəcək.

Onun məqsədi Saatlı təmsilçisini II Liqada saxlamaqdır.

Çempionatda 14 tur arxada qalıb. «Araz» mövsümün arxada qalan bölümündə çox pis nəticə göstərib. Aktivində cəmi 1 qələbə və 1 heç-heçə olan aranlılar 12 dəfə məğlubiyyətlə üzləşib.

Bu müddətdə qapısından 75 top buraxmış kollektiv 4 xalla turnir cədvəlinin 12-ci – sonuncu pilləsinə yuvarlanıb.

Ondan bir üst pillədəki «Ağstafa Gəncləri»ndən 5 xal geridə qalan «Araz» qış fasiləsini fürsət sayır.

II Liqanı yaxşı tanıyan Məmmədov sezonun ilk yarısında xidmətində yararlandığı əksər oyunçuların xidmətindən imtina edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Dekabr 17:50 Çək və bizə göndər!