Bu gün II Liqada 14-ci tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, ilin son oyun günündə 3 qarşılaşma keçiriləcək.
“Ağstafa Gəncləri” və “Şəmkir” qərb derbisində üz-üzə gələcək.
“Göygöl” doğma məkanda “Dinamo”nu qəbul edəcək. “Kür-Araz” isə Şirvanda eyniadlı komandanın qonağı olacaq.
“Ağstafa Gəncləri” – “Şəmkir”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Elvin Mədətov, Ruslan Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Ağstafa şəhər stadionu, 14:00
“Göygöl” – “Dinamo”
Hakimlər: Nahid Xasıyev, Aydın Bəxşiyev, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Göygöl OİK stadionu, 14:00
“Şirvan” – “Kür-Araz”
Hakimlər: Ruslan Babayev, Ağadur Mahmudov, Səbuhi Əmrahov, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan OİK stadionu, 14:00

