Bu gün II Liqada 14-ci tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilin son hesabat həftəsinin ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.
Çempionluq uğrunda mübarizə aparan “Xankəndi” və “Qaradağ Lökbatan” meydana çıxacaq.
Qarabağ təmsilçisi Bakıda “Şəki”nin qonağı olacaqsa, “Qaradağ Lökbatan” dogma qəsəbədə “Araz Saatlı”nı qəbul edəcək.
Liderlər qrupunda yer alan “Quba” isə “Ağdaş”la üz-üzə gələcək.
“Sheki City” – “Xankəndi”
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Orxan İbişov, Sənan Bayramzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Rekord Arena”, 14:00
“Qaradağ Lökbatan” – “Araz Saatlı”
Hakimlər: Mahmud Bağırzadə, Ruslan Babayev, Tural Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Lökbatan OİK stadionu, 14:30
“Quba” – “Ağdaş”
Hakimlər: Alik Yunusov, Ruslan Məmmədov, Əhməd Əhmədsoy, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Quba OİK stadionu, 14:30

