"Şəki Siti"yə texniki məğlubiyyət verildi

16:10 II Divizion 71
"Şəki Siti"yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasında baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

“Qaradağ Lökbatan” – "Şəki Siti” oyununa qonaq komandanın gəlmədiyinə görə matç baş tutmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 1000 manat cərimə edilib.

“Şəmkir” – “Quba” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə adığı üçün klub 70 manat cərimə edilib. Matçın 90+6-cı dəqiqəsində “Şəmkir” komandasının futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, “Şəmkir” 50 manat cərimə edilib.

Matçın 90+7-ci dəqiqəsində “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 600 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir” komandasının meneceri Taleh Əliyev hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir” komandasının rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə edilib.

“Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün klub 70 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti