Bu gün II Liqada 13-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib.
Lider "Xankəndi" "Ağstafa Gəncləri"ni qəbul edib və 6:1 hesabı ilə qalib gəlib.
"Göygöl"ün qonağı olan "Şirvan" 1:0 hesablı qələbə qazanıb. "Ağdaş" isə "Dinamo"ya uduzub - 1:2.
Qeyd edək ki, ötən gün "Quba" "Şəmkir"ə, "Kür-Araz" "Araz-Saatlı"ya qalib gəlib.
"Qaradağ Lökbatan" - "Şəki Siti" oyunu isə qonaq komandanın stadiona gəlməməsi səbəbindən baş tutmayıb.
“Xankəndi” – “Ağstafa Gəncləri” 6:1
Qollar: T.Qurbatov, 1; 42. E.Rəhimov, 17. E.Quliyev, 40; 58. B.Teymurov, 70 - İ.Hüseynov, 21.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev
“Palms Sports Arena” (IV meydança)
“Göygöl” – “Şirvan” 0:1
Qoll: C.Əliyev, 51.
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev
Göygöl OİK stadionu
“Ağdaş” – “Dinamo” 1:2
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov
Ağdaş şəhər stadionu
15 dekabr (bazar ertəsi)
“Araz Saatlı” – “Kür-Araz” - 1:4
“Şəmkir” – “Quba” - 0:1
“Qaradağ Lökbatan” – “Şəki Siti” - Baş tutmayıb


