Bu gün II Liqada 13-cü tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçiriləcək.
Liderlik mübarizəsi aparan “Xankəndi” Bakıda “Ağstafa Gəncləri”ni qəbul edəcək.
“Göygöl” doğma mıkanda “Şirvan”la görüşəcək. “Dinamo” isə Ağdaşda eyniadlı komandanın qonağı olacaq.
“Xankəndi” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Nəriman Axundov
“Palms Sports Arena” (IV meydança), 14:00
“Göygöl” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Göygöl OİK stadionu, 14:30
“Ağdaş” – “Dinamo”
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Ağdaş şəhər stadionu, 14:30

