Bu gün II Liqada 13-cü tura start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.
Çempionluğun favoritlərindən “Qaradağ Lökbatan” təmsil etdiyi stadionda “Şəki Siti”ni qonaqlayacaq.
“Şəmkir” doğma məkanda “Quba”nın önünə çıxacaq. “Araz Saatlı” ilə “Kür-Araz” isə birincilərin meydanında aran derbisinə çıxacaq.
“Araz Saatlı” – “Kür-Araz”
Saatlı OİK stadionu, 14:00
“Qaradağ Lökbatan” – “Sheki City”
Lökbatan OİK stadionu, 14:00
“Şəmkir” – “Quba”
Şəmkir OİK stadionu, 14:30

