II Liqada 12-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, üçüncü oyun günündə 3 matç həyata keçirilib.
"Şəmkir" səfərdə "Dinamo"ya, "Kür-Araz" evdə "Göygöl"ə 2 cavabsız qolla qalib gəlib.
"Şirvan" - "Ağdaş" matçı isə qolsuz bərabərliklə yekunlaşıb. Hazırda "Xankəndi" 33 xalla turnir sıralamasına liderlik edir. "Araz Saatlı" isə 4 xalla siyahının sonuncu pilləsində qərarlaşıb.
"Dinamo" - "Şəmkir" 0:2
Qollar: Turqut Mustafazadə, 51; Tural Məmmədzadə, 69
Hakimlər: Rəsul Babayev, Sevda Nuriyeva, Sadiq Əliyev, Fəridə Lütfəliyeva
Binə qəsəbə stadionu
"Şirvan" - "Ağdaş" 0:0
Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev
Şirvan OİK stadionu
"Kür-Araz" - "Göygöl" 2:0
Qollar: Elxan Məmmədov, 33; Əli Tağızadə, 90+6
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə
7 dekabr (bazar)
“Ağstafa Gəncləri” – "Qaradağ Lökbatan" – 0:1
8 dekabr (bazar ertəsi)
“Şəki Siti” – "Araz Saatlı" – 4:0
"Quba" - "Xankəndi" - 1:2


