Bu gün II Liqada 11-ci tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçiriləcək.
“Şəmkir” Binədə “Dinamo”nun qonağı olacaq. “Şirvan” doğma şəhərdə “Ağdaş”ı qəbul edəcək.
“Kür-Araz” isə bu mövsüm ilk dəfə İmişlidə yerli publika önünə çıxacaq. “Pambıqçılar” burada “Göygöl”lə münasibətlərinə aydınlıq gətirəcək.
“Dinamo” – “Şəmkir”
Hakimlər: Rəsul Babayev, Sevda Nuriyeva, Sadiq Əliyev, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Binə qəsəbə stadionu, 14:00
“Şirvan” – “Ağdaş”
Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Şirvan OİK stadionu, 14:00
“Kür-Araz” – “Göygöl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00

