Onlardan da PUL ÇIXDI

08:40 II Divizion 48
Onlardan da PUL ÇIXDI

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 2-ci liqanın 11-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Ağstafa Gəncləri” – “Araz Saatlı” oyununda “Ağstafa Gəncləri”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.

“Sheki City” – “Quba” oyununda “Quba”da 4 nəfər sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.

“Sheki City” – “Quba” oyununun 74-cü dəqiqəsində “Sheki City” komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Sheki City” komandası 300 manat cərimə edilib.

“Ağdaş” – “Göygöl” oyununda “Göygöl” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!