II Liqada 11-cu tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə 3 matç nəzərdə tutulub.
"Xankəndi" doğma meydanda "Şirvan"a qalib gələrək turnir cədvəlində liderliyini təmin edib.
Şəmkir təmsilçisi "Kür-Araz"ı minimal hesabla məğlub edib. "Ağdaş" isə rəqibindən 2 cavabsız qolla üstün olub.
"Xankəndi" - "Şirvan" 5-1
Qollar: Elmar Rəhimov, 30; Elməddin Hüseynzadə, 45+1; Tural Qurbatov, 64; Hüseyn Hüseynli, 87; Bəhruz Teymurov, 90 // Nurlan İsayev, 71
Hakimlər: Sənan Bayramzadə, Aydın Bəxşiyev, Asif Abdullayev, Ləman Əmirli
Palms Sports Arena
Şəmkir" - "Kür-Araz" 1-0
Qol: İlkin Əliyev, 70
Hakimlər: Ruslan Quliyev, Elman Kərimov, Cavid Ömərov, Nahid Xasıyev, Rövşən Əhmədov
Şəmkir OİK stadionu
"Ağdaş" - "Göygöl" 2-0
Qollar: Vasif Nəsirov, 75; Araz Kərimxanov, 82
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Hüseyn Vəliyev, Kamil Aydınov
Ağdaş şəhər stadionu
1 dekabr (bazar ertəsi)
"Şəki Siti" - "Quba" - 1:4
"Qaradağ Lökbatan" - "Dinamo" - 4:1
"Ağstafa Gəncləri" - "Araz Saatlı" - 4:1


