Klubun himayədarı borclarını qaytarmadı, yoxa çıxdı - SON DƏQİQƏ

09:00 II Divizion 305
Klubun himayədarı borclarını qaytarmadı, yoxa çıxdı - SON DƏQİQƏ

Bu gün II Liqada 11-ci tura start veriləcək.

İlk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Çempionluq uğrunda mübarizə aparan "Şəki Siti" və "Quba" Bakıda üz-üzə gəlməlidir (saat 14:00-da). Lakin…

Oyunun baş tutmamaq ehtimalı yaranıb. Səbəb maliyyə problemidir. Belə ki, "Şəki"nin futbolçuları artıq üçüncü aydır əməkhaqqı üzünə həsrətdir.

Klubun sponsoru verdiyi vədi yenə yerinə yetirməyib. Halbuki AFFA işə qarışıb.

Bugünlərdə federasiyanın nəzdində fəaliyyət göstərən Futbolun İnkişaf Fondunun ofisində Şəkinin icra başçısı Elxan Usubov, öhdəliklərini yerinə yetirməyən titul sponsoru "Flybast"ın direktoru Rövşən Abdullayev və klub rəsmilərinin iştirakı ilə görüş keçirib.

Abdullayev çempionatın 10-cu turu çərçivəsində "Dinamo" üzərində dünən səfərdə qazanılan qələbədən (5:0) sonra komanda üzvlərinə xoş xəbər çatdırıb, bildirib ki, borcları ən qısa müddətdə qaytaracaq.

Adı Şəki təmsilçisinin formasında əksini tapan turizm şirkətinin rəhbəri problemin aradan qaldırıldığını və 11-ci turda "Quba"ya qarşı keçiriləcək vacib ev oyununa qədər bütün borcların bağlanacağını söyləyib.

Ötən həftə məşq etməyən, yalnız "Dinamo" ilə matçdan (5:0) 1 gün öncə bir araya gələrək oyuna çıxan kollektiv növbəti matçı boykot etmək fikrinə düşüb.

Çünki aradan günlər ötsə də, himayədar ortalıqdan yox olub. İndi heç telefon zənglərinə də cavab vermir.

Hazırda 22 xalı olan "Şəki Siti" II Liqanın turnir cədvəlində dördüncü pillədə mövqe tutub.

Şəki təmsilçisini şərikli liderlərdən - "Xankəndi" və "Qaradağ Lökbatan"dan 5 xal ayırır. 23 xala malik "Quba" isə 3-cü sıradadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"
30 Noyabr 20:00 Çək və bizə göndər!