Həkimlər vaxtında gəlmədi, oyun gec başladı, 200 manat AFFA-nın “cibinə getdi”

03:40 II Divizion 42
Həkimlər vaxtında gəlmədi, oyun gec başladı, 200 manat AFFA-nın “cibinə getdi”

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Quba” – “Ağstafa Gəncləri” oyununun 21-ci dəqiqəsində “Quba”nın 5 nömrəli futbolçusu Ramin Məhərrəmov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Onun klubu isə “100 manat cərimələnib.

Həmin oyunun 61-ci dəqiqəsində “Quba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bölgə təmsilçisi 300 manat cərimə edilib.

Bu görüşdə "Ağstafa Gəncləri”ndə 6 nəfər sarı vərəqə aldığı üçünklub 70 manat cərimələnib.

“Göygöl” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili gec gəldiyinə görə matç gec başladığı üçün “Göygöl” 200 manat cərimə edilib.

“Kür-Araz” – “Xankəndi” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” 150 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!