“Fənərbaxça”da təcrübə keçmiş baş məşqçi II Liqa klubunda - RƏSMİ

01:10 II Divizion 76
“Fənərbaxça”da təcrübə keçmiş baş məşqçi II Liqa klubunda - RƏSMİ

İkinci Liqada mübarizə aparaan “Şəmkir”in yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisini Rasim Əliyev çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq “Turan Tovuz”da akademiya koordinatoru vəzifəsində çalışan A kateqoriyalı mütəxəssis vaxtilə Premyer Liqada çalışmış ən gənc baş məşqçi kimi tarixə düşüb.

Klubla 6 ay+1 illik müqavilə bağlayan məşqçi daha əvvəl “Turan”, “Rote Fahne”, “Neftçala” kimi komandaların baş məşqçisi olub.

O, “Feyenoord”, “Utrext”, PSV (hamısı Niderland), “Fənərbaxça”, “Gənclərbirliyi” (hər ikisi Türkiyə), “Dinamo” (Tbilisi) klublarının düşərgəsində təcrübə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!