Bu gün II Liqada 10-cu tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Birincilik uğrunda mübarizə aparan “Xankəndi” Saatlıda “Kür-Araz”ın qonağı olacaq. “Dinamo” isə Binədə “Şəki”ni qəbul edəcək.
“Dinamo” – “Sheki City”
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Binə qəsəbə stadionu, 14:00
“Kür-Araz” – “Xankəndi”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Ceyhun Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Saatlı OİK stadionu, 14:30

