Azərbaycanda problem yaşayan klub sponsorundan geri alınır

16:40 II Divizion 173
Azərbaycanda problem yaşayan klub sponsorundan geri alınır

AFFA-nın nəzdində fəaliyyət göstərən Futbolun İnkişaf Fondu (FİF) “Flyblast”la danışıqlara başlayıb.

FİF bu ilin avqustunda «Şəki Siti»ni himayəsinə götürmüş və 1 illik sponsorluq müqaviləsi bağlamış turizm şirkətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin səbəblərini dəqiqləşdirməyə çalışır.

İş ondadır ki, II Liqala mübarizə aparan «Şəki Siti»ni çıxışını yarımçıq dayandırmaq təhlükəsi ilə üz-üzə qalıb.

Buna səbəb yeni sponsorun kluba maliyyə ayırmaqdan imtina etməsidir. Nəticədə «Şəki Siti»nin məşqçi və futbolçularna böyük miqdarda borcu yaranıb.

Həmin vəsaiti kimin və necə ödəyəcəyi isə sual altındadır. Çünki borc nə bir manatdır, nə də iki manat. Söhbət onminlərlə manatdan gedir.

«Şəki Siti» çempionatın geridə qalan doqquz turunda 19 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

«Şəki Siti» bu ilin avqustunda dəyişikliyə gedib. İlkin mərhələdə kluba böyük miqdarda vəsait yatırılıb. Lakin proses uzun çəkməyib.

Himayədar tədricən dəstəyi azaldıb və bu gün belə bir acınacaqlı vəziyyət yaranıb.

FİF hələ iyulda “Flyblast”a 6 aylıq möhlət verib. Həmin müddət dekabrda başa çatacaq.

Belə başa düşmək olar ki, mövcud izdivaca vaxtından əvvəl xitam veriləcək. Çünki fondun “Flyblast”lə paralel olaraq, digər şirkət və iş adamlarıyla danışıqlar apardığı da bizə məlumdur.

Niyyət “Şəki”yə alternativ tərəfdaş tapmaq, klubu bu vəziyyətdən mümkün qədər tez çıxarmaqdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti