II Liqada qeyri-sabit mövsüm keçirən «Şəmkir» Rusiyada yaşayan və biznes fəaliyyəti ilə məşğul olan həmyerlilərinə müraciət edib.
«Qırmızı-ağlar» onlardan maddi köməklik istəyib.
Bu çağırış cavabsız qalmayıb.
Moskva və Sankt-Peterburqda kiçik biznes qurmuş şəmkirli iş adamlarının bir qrupu kluba maliyyə dəstəyi verməyə razılaşıb. Hər ay şimal ölkəsindən Azərbaycana 1500-2000 manat civarında vəsait köçürüləcək.
«Şəmkir» çempionatın geridə qalan doqquz həftəsində 15 xal toplayıb. Aktivində 5 qələbə olan qərb təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Vaxtilə üç dəfə ölkə çempionu tituluna yiyələnmiş «Şəmkir» hazırda maliyyə sıxıntısı yaşayır.
Komandanın mövsümə pis start verməsi üzündən Vüqar Nadirov baş məşqçi postunu tərk edib, həmçinin yerli sahibkarların bir hissəsi geri çəkilib.
Nəticədə klubun təminatı zəifləyib, qida təhcizatı dayanıb, futbolçuların maaşlarının ödənilməsində gecikmələr əmələ gəlib.
SPORTİNFO.AZ

