II Liqala mübarizə aparan «Şəki Siti»ni çıxışını yarımçıq dayandırmaq təhlükəsi ilə üz-üzə qalıb.
Buna səbəb yeni sponsorun kluba maliyyə ayırmaqdan imtina etməsidir.
Xaricdə fəaliyyət göstərdiyi deyilən iş adamı əyalət təmsilçisi ilə bütün əlaqələrini kəsib. Nəticədə «Şəki Siti»nin məşqçi və futbolçularna böyük miqdarda borcu yaranıb.
Həmin vəsaiti kimin və necə ödəyəcəyi isə sual altındadır. Çünki borc nə bir manatdır, nə də iki manat. Söhbət onminlərlə manatdan gedir.
«Şəki Siti» çempionatın geridə qalan doqquz turunda 19 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
«Şəki Siti» bu ilin avqustunda dəyişikliyə gedib. İlkin mərhələdə kluba böyük miqdarda vəsait yatırılıb. Lakin proses uzun çəkməyib.
Himayədar tədricən dəstəyi azaldıbvə bu gün belə bir acınacaqlı vəziyyət yaranıb.
SPORTİNFO.AZ

