II Liqada qüvvəsini sınayan «Xankəndi» baş məşqçi dəyişikliyinə gedib.
Ötən mövsümdən burada çalışan İbrahim Uzunca komandanın sükanı arxasından uzaqlaşdırılıb.
Türkiyəli mütəxəssisin postunu itirməsi nəticələrlə bağlı deyil.
14 tura 39 xal toplayan Qarabağ təmsilçisi «Qaradağ-Lökbatan»la birlikdə birinci-ikinci yeri bölüşdürür.
Rəhbərlik bu qərarı futbolçuların istəyi ilə verib.
Belə ki, onlar Uzuncanın keçdiyi hazırlıq prosesindən narazılıq edib, üstəlik, nizam-intizam tədbirlərinə barmaqarası yanaşmasından şikayətlənib.
Odur ki, «Bakı»nın sabiq çalışdırıcısına klubda başqa işin tapşırılması gözlənilir. Güman ki, o, bundan sonra uşaq futbolunda fəaliyyət göstərəcək.
SPORTİNFO.AZ

