Respublikada bu klub yeni rəhbər şəxsin ixtiyarına verildi

15 Noyabr 2025 00:50 II Divizion 1 452
Respublikada bu klub yeni rəhbər şəxsin ixtiyarına verildi

Azərbaycanın II Liqasında çıxış edən “Şəmkir”in rəhbərliyində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, komandanın yeni rəhbəri və əsas idarəedici şəxs vəzifəsinə Adil Əliyev təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni rəhbərliyin məqsədi komandanın idarəetmə strukturunu gücləndirmək, bölgə futbolunun inkişafına töhfə vermək və “Şəmkir”i daha yüksək hədəflərə doğru aparmaqdır.

Hazırda “Şəmkir” 12 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA