Ağır günlər yaşayan region klubu keçmiş baş məşqçisini geri qaytardı

12 Noyabr 2025 23:40 II Divizion 2 783
Ağır günlər yaşayan region klubu keçmiş baş məşqçisini geri qaytardı

II Liqada mübarizə aparan “Araz-Saatlı”da baş məşqçi dəyişikliyi gerçəkləşib.

Elşən Atakişiyev ilk 7 turda alınan uğursuz nəticələr səbəbindən bu postla vidalaşıb.

Region Liqasına yuvarlanmaq istəməyən klub rəhbərliyi tanış mütəxəssisə üz tutub. Ötən mövsüm də burada çalışmış Şəhriyar Məmmədov yenidən komandanın sükanı arxasına qaytarılıb.

Vaxtilə MOİK-lə uğurlu nəticələr göstərmiş mütəxəssisin qarşısına kollektivi çempionatda saxlamaq vəzifəsi qoyulub.

«Araz Saatlı» səkkiz tura cəmi 1 xal toplayıb. Aran təmsilçisi yeddi məğlubiyyətlə turnir cədvəlinin 12-ci – ən sonunc pilləsində yerləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti