Bu gün II Liqada səkkizinci tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçiriləcək.
Çempionluq uğrunda mübarizə aparan “Qaradağ Lökbatan” Göygöldə eyniadlı komandanın qonağı olacaq.
Son üç turda məğlubiyyətlə üzləşmiş “Şəmkir” Saatlıda “Araz”ın önünə çıxacaq. İki debütant – “Şirvan” və “Ağstafa Gəncləri” birincilərin meydanında qarşılaşacaq.
“Araz Saatlı” – “Şəmkir”
Hakimlər: Kamil Aydınov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Sənan Bayramzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Saatlı OİK stadionu, 14:30
“Göygöl” – “Qaradağ Lökbatan”
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Hüseyn Vəliyev, Niyaz Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Göygöl OİK stadionu, 14:30
“Şirvan” – “Ağstafa Gəncləri”
Hakimlər: Nazim Abdullayev, Ağadur Mahmudov, Tural Bayramov, Ləman Əmirli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Şirvan OİK stadionu, 14:30

