II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəmkir"in hücumçusu Tural Məmmədzadə 500 manaty mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafat 7-ci turun "Xankəndi" - "Şəmkir" qarşılaşmasından əvvəl verilib.
Mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

