Bu gün II Liqada yeddinci tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.
Medallar uğrunda mübarizə aparan «Quba» doğma rayonda debütant «Şirvan»la üz-üzə gələcək.
Çempionluğa iddialılardan «Şəki» Bakıda «Göygöl»ü qəbul edəcək.
Liqada qalmaq dərdi çəkən «Araz Saatlı» isə Binədə «Dinamo»nun qonağı olacaq.
“Quba” – “Şirvan”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Sadiq Əliyev, Nəriman Ağayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Quba OİK stadionu, 14:00
“Sheki City” – “Göygöl”
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Hüseyn Vəliyev, Nazim Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
“Rekord Arena”, 14:00
“Dinamo” – “Araz Saatlı”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 14:30

