Rayonun icra başçısı komandaya pul yardımı etdi - FOTO

09:40 II Divizion 571
Rayonun icra başçısı komandaya pul yardımı etdi - FOTO

Şəmkirin İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun eyniadlı futbol klubuna maliyyə yardımı göstərib.

O, II Liqada mübarizə aparan komandaya 5000 manat məbləğində dəstək verib.

Başçı həmçinin gələcəkdə də «Şəmkir»in problemlərinə diqqətlə yanaşacağını vəd edib.

Aşağı liqada üçüncü mövsümünü keçirən «ağ-qırmızılar» rayonun bir qrup futbolsevəri tərəfindən maliyyələşdirilir.

Yəni, onlar II Liqanın əksər iştirakçıları kimi yalnız AFFA-nın ayırdığı 5800 manatın ümidinə qalmayıb.

Altı tura 9 xal toplayan “Şəmkir” hazırda II Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bu səbəbdən Vüqar Nadirov baş məşqçsi postundan uzaqlaşdırılıb, onun işi isə köməkçisi Kamran İsmayılova tapşırılıb.

SPORTİNFO.AZ

semkirin-yeni-icra-bascisi-o-oldu

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi