Nazirliyin adamları yerli klubu və onları narazı saldı: “Haqqımız satılmamalıdır”

17 Oktyabr 18:00 II Divizion 1 318
Nazirliyin adamları yerli klubu və onları narazı saldı: “Haqqımız satılmamalıdır”

«Şəmkir»in II Liqada ev oyunlarını keçirdiyi Şəmkir Olimpiya İdman Kompleksinin stadionu ətrafında problem yaranıb.

Buna səbəb kompleksin rəhbərliyinin atdığı addımdır.

«Feysbuk»dakı «Şəmkir 57» səhifəsinin bu haqda yazdıqları vəziyyətin kifayət qədər ciddi olmasını göstərir.

Buradan aydınlaşır ki, Şəmkir OİK-nin məsul şəxsləri yerli futbol ictimaiyyətinin öz şəxsi imkanları hesabına təmir etdiyi meydançanı başqa komandanın istifadəsinə verib.

«Bura uzun müddət idi ki, baxımsız vəziyyətdə idi. Biz şəmkirli futbolsevərlər "Şəmkir futbolunun yüksəlişi üçün stadionun təmiri şərtdir!" deyərək yola çıxdıq.

Klub rəhbərliyinin və azarkeşlərin minbir əziyyəti və öz vəsaitilə meydanın ot örtüyü bərpa edildi. Stadion yeni mövsümdə futbol oyunlarının keçirilməsi üçün hazırlanmağa başladı.

Amma... Bu gün eşidirik ki, bu qədər əziyyət və zəhmət bahasına qismən də olsa, bərpa olunan stadion Olimpiya İdman Kompleksinin rəhbərliyi tərəfindən Region Liqasında çıxış edən «Qovlar» klubuna icarəyə verilib.

Öz doğma komandamız «Şəmkir» isə bu mövsüm stadionda hələ cəmi bircə dəfə oynayıb. Hətta ot örtüyü tapdalanmasın deyə, futbolçularımız məşqləri "İdeal Arena"da keçirib.

Məlumat üçün qeyd edək ki, Şəmkir Olimpiya İdman Kompleksi Gənclər və İdman Nazirliyinin tabeliyindədir. Kompleks futbol oyunlarının keçirilməsi, idman fəaliyyətləri və tədbirləri üçün istifadə olunmaq məqsədilə tikilib.

Stadiona xidmət məsələləri, o cümlədən, ot örtüyünün saxlanması və qulluq məsələləri «Şəmkir»in öhdəliyində olduğundan, klub rəhbərliyinin və yerli sakinlərin öz imkanları ilə qazon yenidən bərpa edilib.

Lakin bura hazır olan kimi başqa klublara icarəyə verilir.

Stadionu bərpa etmiş yerli azarkeşlər indi bu mənzərəni görüb susacaqlar? Əsla!

Çünki biz bu stadiona sahib çıxmasaq, sabah Şəmkir futbolundan əsər-əlamət də qalmaz.

Ona görə də bu ədalətsizliyə dərhal son qoyulmasını tələb edirik! Yerli komandanın, yerli azarkeşin haqqı kənar klublara icarə müqabilində satılmamalıdır».

SPORTİNIFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti