Azərbaycanda bu klubun apellyasiya şikayəti təmin olunmadı

15 Oktyabr 08:40 II Divizion 575
Azərbaycanda bu klubun apellyasiya şikayəti təmin olunmadı

Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz"ın oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı II turda "Göygöl"lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.

"Göygöl" və "Kür-Araz" arasında keçirilən görüşdən (1:0) sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə E.Məmmədov 4 oyun cəzalanıb. "Kür-Araz" isə 1000 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?