İddialı klubun rəhbərliyindən konkret tələb - Bu qədər xal toplamasan…

14 Oktyabr 09:40 II Divizion 1 317
İddialı klubun rəhbərliyindən konkret tələb - Bu qədər xal toplamasan…

«Şəmkir» rəhbərliyi Vüqar Nadirovun qarşısına konkret məqsəd qoyub.

Komanda növbəti 3 turda minimum 7 xal qazanmalıdır.

Şər deməsən, xeyir gəlməz - işdir, o, bu qədər xal toplamasa, baş məşqçi postu ilə vidalaşacaq.

Qərb təmsilçisi bu gün II Liqada beşinci turun matçına çıxacaq. Bakıda «Şəki»nin qonağı olacaqlar.

«Ağ-qırmızılar» daha sonra «Qaradağ Lökbatan» və «Xankəndi» ilə üz-üzə gələcək.

«Şəmkir» geridə qalan həftələrdə 9 xal toplayıb. Turnir cədvəlində dördüncü pilləni tutan kollektivin aktivində 3 qələbə var.

Ölkə kubokunda «Göygöl»ə uduzaraq mübarizəni erkən dayandıran koimandanın bütün fikirləri I Liqaya bağlıdır.

Çempion olmaq iddiasıyla yeni mövsümə başlamış «Şəmkir» hələlik güclü rəqiblərindən yalnız «Quba» ilə qarşılaşıb və səfərdə 0:1 hesabıyla uduzub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?