
II Liqada beşinci tura start verilib.
Sportinfo.az xəbər verir ki, “Dinamo” mövsümdə ilk qələbəsini “Kür-Araz” üzərində qazanıb.
“Şirvan” dogma şəhərdə “Araz-Saatlı”ya 4 cavabsız qol buraxıb.
“Ağdaş” isə öz meydanında “Ağstafa Gəncləri”nin müqavimətini qıra bilməyib.
"Dinamo" - "Kür-Araz" 2:1
Qollar: V.Seyidov, 35, Ə.Səfərzadə, 51 - A.Quliyev, 3
"Şirvan" - "Araz-Saatlı" 4:0
Qollar: C.Nəcizadə, 65, N.İsayev, 66, E.Xəlilov, 79, E.Xəlilli, 87
"Ağdaş" - "Ağstafa Gəncləri" 0:0