Azərbaycanda baş məşqçi borc aldı, komandanı meydana çıxardı

09:40 II Divizion 695
Azərbaycanda baş məşqçi borc aldı, komandanı meydana çıxardı

II Liqada nadir rast gəlinən hadisə baş verib.

Maliyyə problemləri yaşayan «Şəki Siti»nin çalışdırıcısı Elvin Həsənov komandanı meydana çıxarmaq üçün borca düşüb.

O, tanışlarından borca pul alaraq, futbolçulara paylayıb və «Şəki»ni texniki məğlubiyyətdən xilas edib. Hadisə 13-cü tura təsadüf eləyib.

Əyalət təmsilçisi Bakıda «Araz-Saatlı» ilə görüşüb və 4:0 hesablı qələbə qazanıb. Xal ehtiyatını 25-ə çatdıran kolletiv turnir cədvəlində dördüncü pilləni qoruyub.

Avqustda yeni himayədarının çətiri altına keçən «Şəki»da vəziyyət hazırda çox gərgindir. Ötən 3 ayın maaşını ödəməyən sponsor artıq onlardan imtina edib.

Qarşı tərəf atdığı addıma səbəb kimi fırıldağa məruz qalmasını göstərib. Bildirib ki, onlar tərəfindən ayrılan 300 min manat mənimsənilib.

«Şəki» artıq neçə həftədir ki, məşqləri dayandırıb. Həm futbolçulara, həm də stadiona olan böyük miqdarda borca görə.

Kollektiv mövcud problemə görə Peşəkar Futbol Liqasına (PFL) üz tutub, kömək istəyib. PFL-in həssas münsibəti oyunçuların çempionatı boykot etməsinin qarşısını alıb.

Komanda keçən həftələrdə təşkilatçı qurumun xahiş-minnəti ilə bu fikrindən daşınıb. İndi isə Elvin Həsənovun əli hər yerdən üzülüb.

İki ay qabaq sükan arxasına keçən çalışdırıcı bu dəfə borclanmaqdan savayı çarə tapmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…