Qalmaqal yaşayan region komandasında yeni baş məşqçi

11 Oktyabr 2025 09:40 II Divizion 1 419
Qalmaqal yaşayan region komandasında yeni baş məşqçi

«Quba»da yeni baş məşqçi fəaliyyətə başlayıb.

II Liqada mübarizə aparan klub İsmayıl Məmmədovla anlaşıb.

Şimal təmsilçisi sumqayıtlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalayıb.

Vaxtilə millinin formasını geyinmiş yarımmüdafiəçi bu vəzifədə Elvin Həsənovu əvəzləyib.

Sonuncu ötən həftə «Quba»nı «Şəki»yə dəyişib. Proses hamar getməyib - o, qalmaqalla düşərgəni dəyişib.

Yerdəyişmə edincə, komanda da bir-birinə dəyib. 10-dan artıq futbolçu onun arxasınca «Quba»ya arxa çevirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA