Çempionluq həvəsi ilə yola çıxanlar - Üç stadiondan CANLI YAYIM

15:00 II Divizion 193
Çempionluq həvəsi ilə yola çıxanlar - Üç stadiondan CANLI YAYIM

Bu gün II Liqada üçüncü tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçiriləcək.

Çempionluğa iddialılar – “Şəki” ilə “Qaradağ Lökbatan” Bakıda üz-üzə gələcək.

“Araz-Saatlı” isə doğma rayonda nominal qonaq qismində “Kür-Araz”ın önünə çıxacaq

. İki debütant - “Ağstafa Gəncləri” ilə “Xankəndi” birincilərin meydanında qüvvəsini sınayacaq.

“Sheki City” – “Qaradağ Lökbatan”
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Ruslan Babayev, Rasim Musayev
Hakm-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Rekord Arena”, 15:00

“Kür-Araz” – “Araz Saatlı”
Hakimlər: Rəsul Babayev, Orxan İbişov, Rəhman Aslanov, Nazim Abdullayev
Hakm-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Saatlı OİK stadionu, 15:30

“Ağstafa Gəncləri” – “Xankəndi”
Hakimlər: Niyaz Əhmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Ruslan Quliyev
Hakm-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Ağstafa şəhər stadionu, 15:30

Digər Xəbərlər
Xəbər Lenti