İdman direktoru yenicə təyinat aldığı klubdan getdi

14 Sentyabr 2025 09:50 II Divizion 1 408
İdman direktoru yenicə təyinat aldığı klubdan getdi

«Şəki»nin idman direktoru postu boşalıb.

Yaxınlarda bu vəzifəyə gələn Rəsul Şükürsoy artıq klubu tərk edib.

2023-2024-cü illər aralığında «Şəfa»ya rəhbərlik etmiş funksionerin öz istəyi ilə əyalət təmsilçisindən getdiyi deyilir.

«Şəki» cari mövsümdə II Liqanın ən iddialı iştirakçılarından biridir. Bugünlərdə adını və loqosunu dəyişən, yeni sponsorun çətiri altına keçən kluba böyük miqdarda büdcə ayrılıb.

Məqsəd birdir - birbaşa I Liqaya vəsiqə qazanmaq. Hər halda «Şəki» yüksək maaş qarşılığında güclü heyət yığıb.

Vaxtilə «Rəvan»ı çalışdırmış Bəhmən Həsənov baş məşqçi postuna gətirilib.

Bakıda məskunlaşmış komanda çempionata 3 xalla başlayıb - ilk turda «Ağstafa Gəncləri»ni səfərdə 2:0 udublar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA