
Bu mövsüm II Liqada çempionluq uğrunda mübarizə aparan «Şəmkir» azarkeşlərini sevindirib.
Rayonun bir qrup futbolsevəri tərəfindən maliyyələşdirilən klub kütləvi forma istehsalına başlayıb.
Yenilik ondan ibarətdir ki, forma sırf azarkeşlər üçün nəzərdə tutulub.
Qiyməti münasibdir: 35 manat ödəməklə həm geyimə yiyələnmək, həm də kluba maddi dəstək vermək mümkündür.
Formanın üzərində ad-soyadının yazılmasını istəyənlər isə 4 manat əlavə pul ödəməlidir.
Sevindirici haldır ki, «Şəmkir» tərəfindən satışa çıxarılan formalara böyük maraq var. Artıq bir neçə min manatlıq gəlir əldə olunub və bu vəsait komandanın cari xərclərinə sərf edilməkdədir.
SPORTİNFO.AZ