“Quba”, “Şəmkir” və “Araz” başlayır - II Liqanın oyunları CANLI YAYIMda

16:20 II Divizion 238
“Quba”, “Şəmkir” və “Araz” başlayır - II Liqanın oyunları CANLI YAYIMda

Bu gün II Liqada yeni mövsüm start götürəcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 oyun keçiriləcək.

«Quba» doğma şəhərdə «Qaradağ Lökbatan»ı qəbul edəcək.

«Şəmkir» Şirvanda eyniadlı komandanın qonağı olacaq. «Göygöl» isə «Araz Saatlı» ilə münasibətlərinə aydınlıq gətirəcək.

"Quba” – “Qaradağ Lökbatan”
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Kərim Zeynalov, Niyaz Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Quba OİK stadionu

“Şirvan” – “Şəmkir”
Hakimlər: Əkbər Əhmədov, Kamran Bayramov, Sadiq Əliyev, İslam Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şirvan OİK stadionu

“Göygöl” – “Araz Saatlı”
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Ruslan Məmmədov, Sənan Bayramzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Namiq Əliyev
Göygöl OİK stadionu

Digər Xəbərlər
Xəbər Lenti