
II Liqada çıxış edən "Şəmkir"də yeni məşqçi təynatı olub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rüfət Quliyev 2025/26 mövsümündə komandada köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
Futbolçu kimi Azərbaycan millisinin formasını geyinən, “Qarabağ”, “Turan”, “Şəfa” və Quliyev, İranın “Esteghlal” klubunun heyətində Asiya Çempionlar Liqası və Kuboklar Kuboku yarışlarında iki dəfə bürünc medal qazanıb.
O, məşqçi kimi isə “Ağsu”, “Araz Saatlı” və “Bylis” (Albaniya) komandalarında çalışıb.
“Şəmkir” ötən ilin noyabrdından bəri Vüqar Nadirov çalışdırır. Vaxtilə iki dəfə ölkə çempionu olmuş “ağ-qırmızılar”ın qarşısına indi I Liqaya vəsiqə tələbi qoyulub.