Azərbaycanda iki klub birləşdi, baş məşqçi postuna kim gətirildi?

27 Avqust 2025 10:40 II Divizion 2 175
Azərbaycanda iki klub birləşdi, baş məşqçi postuna kim gətirildi?

II Liqada üçüncü mövsümə hazırlıq görən «Şəki Siti» baş məşqçisini dəyişib.

Əyalət komandasının sükanı arxasına Bəhmən Həsənov gətirilib.

Son iki ildə bu vəzifəni tutmuş Firudin Mövsümov isə indən sonra onun korpusunda yer alacaq.

Həsənovun bura gəlməsi təsadüfi deyil. Bu, «Şəki Siti» ilə «Xudat»ın birləşməsinin nəticəsidir.

Belə ki, Peşəkar Futbol Liqası tərəfindən II Liqaya buraxılmayan Xudatın eyniadlı təmsilçisi alternativ variantı dəyərləndirib.

İki klub bir ad altında birləşib. Sövdələşmə müəyyən şərtlər daxilində gerçəkləşib.

«Xudat»ın himayədarı səhmlərin önəmli hissəsini alıb və bura kifayət qədər büdcə ayırmağı öz üzərinə götürüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA