Azərbaycanda 12 komandaya bu qədər əlavə VƏSAİT AYRILDI

17:40 II Divizion 766
Azərbaycanda 12 komandaya bu qədər əlavə VƏSAİT AYRILDI

II Liqada çıxış edəcək klublara ayrılan yardım paketi artırılıb.

Bu barədə saytımıza AFFA-dan məlumat verilib.

Bildirilib ki, üzümüzə gələn çempionatdan etibarən iştirakçıların hər biri 5800 manat aylıq dotasiya alacaq.

Müqayisə üçün deyək ki, bu, ilk iki mövsümlə müqayisədə 800 manat çoxdur. Vergi, sosial müdafiə və digər xərcləri çıxsaq, yarışmaçılara 5000 manat çatacaq.

Qarşıdakı turnir sentyabrın 4-də start götürəcək. Liqa 12 komandanın iştirakı ilə iki dövrəli sistemlə keçiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti