Çempionatın ən yaxşısı seçildi, müqaviləni uzatdı

21 Avqust 2025 08:30 II Divizion 642
Çempionatın ən yaxşısı seçildi, müqaviləni uzatdı

II Liqada yarışacaq "Xankəndi" yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, Region Liqasının son qalibi Sərxan Ağayevlə yola davam edəcək.

Qarabağ təmsilçisi 33 yaşlı hücumçu ilə anlaşmanın müddətini daha bir mövsümlük uzadıb.

Ötən mövsüm Region Liqasında mövsümün ən yaxşı futbolçusu seçilmiş Ağayev “Şahdağ Qusar”, “Zirə”, “Qaradağ Lökbatan”, “Şəmkir”, “Binə”, “Zaqatala”, “Araz Naxçıvan” və “Qusar”da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!