PFL bu liqada çıxış edən klublara dəstək olacaq

08:24 II Divizion 186
PFL bu liqada çıxış edən klublara dəstək olacaq

Peşəkar Futbol Liqası Azərbaycn II Liqada mübarizə aparacaq klublara dəstək olacaq.

Sportinfo.az xəbərr verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2-ci liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə Peşəkar Futbol Liqası hər bir kluba 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.

Yeni mövsümdə 2-ci liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.

“Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb.

Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...