
II Liqada mübarizə aparacaq klublar artıq sevinə bilər.
AFFA bu çempionatın iştirakçılarına ayrılan maliyyə yardımını artırıb.
Yenilik növbəti mövsümdən etibarən tətbiq olunacaq.
Bilindiyi kimi, II Liqa 2 ildir keçirilir. Ötən müddətdə komandalara 5000 manat aylıq ödənilib.
Bundan sonra isə onlar 1500-2000 manat civarında əlavə dotasiya alacaq.
İlk iki mövsümdən fərqli olaraq, qarşıdakı yarışda 14 deyil, 12 kollektiv öz qüvvəsini sınayacaq.
İştirakçı sayında azalma maliyyə məsələləri ilə əlaqədardır. Belə ki, liqaya qatılan rayon təmsilçilərindən bir neçəsində maddi problemlər mövcuddur.
SPORTİNFO.AZ