
II Liqada iştirakçı sayı azalıb.
İlk iki mövsümdən fərqli olaraq, növbəti çempionatda 14 deyil, 12 komanda mübarizə aparacaq.
İştirakçı sayında azalma maliyyə məsələləri ilə əlaqədardır. Belə ki, liqaya qatılan rayon təmsilçilərindən bir neçəsində maddi problemlər mövcuddur.
Məsələn, «Qusar» II Liqadan kənarlaşdırılıb. Çempionatın ilk iki mövsümünda mübarizə aparmış əyalət komandası növbəti «futbol ili»nin iştirakçıları arasında yer almayıb.
Bu, klub rəhbərliyinin sənədləşmə prosesinə barmaqarası yanaşması ilə əlaqədardır.
Belə ki, Peşəkar Futbol Liqası (PFL) ötən müddətdə dəfələrlə onlara rəsmi formada müraciət etsə də, heç bir cavab ala bilməyib.
Sorğuları görməzdən gələn funksionerlərə PFL-in reaksiyası adekvatdır - nə münasibət göstərsən, elə də qarşılıq alacaqsan.
Ümumiyyətlə, «Qusar»lə bağlı söz-söhbətlər çoxdan var. Keçən mövsüm «Şahdağ»la Qusar derbisinə çıxmayan kollektivin ciddi problemləri mövcuddur.
SPORTİNFO.AZ