
«Qusar» II Liqadan kənarlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, çempionatın ilk iki mövsümünda mübarizə aparmış əyalət komandası növbəti «futbol ili»nin iştirakçıları arasında yer almayıb.
Bu, klub rəhbərliyinin sənədləşmə prosesinə barmaqarası yanaşması ilə əlaqədardır.
Belə ki, Peşəkar Futbol Liqası (PFL) ötən müddətdə dəfələrlə onlara rəsmi formada müraciət etsə də, heç bir cavab ala bilməyib.
Sorğuları görməzdən gələn funksionerlərə PFL-in reaksiyası adekvatdır - nə münasibət göstərsən, elə də qarşılıq alacaqsan.
Ümumiyyətlə, «Qusar»lə bağlı söz-söhbətlər çoxdan var. Keçən mövsüm «Şahdağ»la Qusar derbisinə çıxmayan kollektivin ciddi problemləri mövcuddur.
Nə yurdları bilinir, nə yuvaları. Maliyyə çətinlikləri başdan aşır.
Belədə AFFA İcraiyyə Komitəsi Region Liqasının son mövsümündəki nəticələrə əsasən lisenziyalaşdırma tələblərinə cavab verən ilk klubu II Liqaya dəvət edəcək.
SPORTİNFO.AZ