
«Bir neçə futbolçu ilə müqaviləni uzatmadıq. Bəziləri də oldu ki, özləri ayrılmaq istədi».
Bu sözləri Sportinfo.az-a açıqlamaısnda «Quba»nın prezidenti Ayaz Abdullayev deyib.
II Liqada mübarizə aparan şimal klubunun rəhbəri yeni mövsümə hazırlıqla bağlı danışıb:
«Cavid İmamverdiyevlə maliyyə şərtlərində anlaşmaq mümkün olmadı. Onun gözlədiyi rəqəmi verə bilmədik, qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq.
Baş məşqçi ilə vidalaşmağımız haqda yayılan xəbərlər yalandır. Elvin Həsənov bu gün də işini davam etdirir. Növbəti mövsümdə də komandanı o çalışdıracaq.
Bu illə bağlı planlarımız genişdir. Komandamız artıq Qubada qalacaq.
Bəzi futbolçular ailə məsələlərinə görə Qubada qala bilmirlər. Keçənilki heyətdən 10-a yaxın futbolçu yenə bizimlədir.
Onların da əksəriyyəti gənclərdir. Bir neçə təcrübəli futbolçu ilə də danışıqlara başlamışıq.
Maliyyə məsələlərində ciddi bir problemimiz yoxdur».