
Ötən ilin oktyabrında «Bilis»dən ayrılan Rüfət Quliyev özünə yeni iş yeri tapıb.
Albaniyada heç 2 ay çalışa bilməyən məşqçi «Şəmkir»dən gələn dəvəti qəbul edib.
O, II Liqada mübarizə aparan klubda Vüqar Nadirovun köməkçisi olmağa razılaşıb.
Quliyev 2023/24-cü illər mövsümünün gedişində «Araz-Saatlı»nın sükanı arxasında olub. 2023-cü ilin oktyabrında I Liqa təmsilçisində çalışmağa başlayıb, 2024-cü ilin aprelində isə istefa verib.
R.Quliyev daha öncə «Ağsu» və «Səbail»də fəaliyyət göstərib.
SPORTİNFO.AZ